Alim Nəbioğlu: "Nura nur qatan eloğlu"

Azərbaycan poeziyasının kövrək qələm sahibi, dunyanı qəlbinin işığı ilə görüb, duyğularının rəngində qələmə alan Təhməz Əvəzoğlunun saytını görəndə çox sevindim.

Bir nakam ruhu sevindirmək, ən müqəddəs ziyarətgahları ziyarət etməkdən üstündür. Şairin vətənpərvər oğlu Mail Təhməzoğlunun bu zəhmətini, əziy-yətini övlada ata tərəfindən verilən tərbiyənin düzgün nəticəsi kimi dəyərləndirirəm. Belə bir övladdan nümunə götürməyi bütün Azərbaycan övladlarına arzulayıram. Qubadlı torpağı, qubadlılar Təhməz Əvəzoğlu poeziyası ilə fəxr etməli, məktəblərdə onun irsi gənc qubadlılara aşılanmalıdır.

Həyatı bir dəfə yaşayırıq, gəlin onu elə yaşayaq ki, ağa qara,qaraya ağ deməyək. Qaranlıq dünya nəsibi olan Təhməz Əvəzoğlunun işıq, nur yağan poetik duyğularından qaynaqlanaq və açılan hər bir sabahımızı nurla dolduraq. Nura nur qatan eloğullarımıza alqış.

Alim Nəbioğlu

Hava

Sayğac

Free counters!