“Qubadlıya gəl” bir zəfər nəğməsi, qəhrəmanlıq cəngisidir


Təhməz Əvəzoğlunun şerlərini oxuyan hər poeziya aşiqi zülmətli, qaranlıq həyat tərzi keçirən, qaranlıqli həyatıyla barışmasa da qaranlıqlara qalib gələrək, poeziyada işıqlı bir yol açan əsl azərbaycanlı övladının həyatını qəlb ağrısı ilə hiss edir, duyur, həyatı qəlbinin işiğıyla görən, insanları təmiz qəlbinin işığına qərq edən, həmin işıqla misralara duyduqlarını, şair təxəyyülünü mirvari kimi sətirlərə köçürən şairin hər sətri, hər misrası oxucunu qaranlıqla işıq arasında düşünməyə məcbur edir. Deməli qaranlıqda da işıq yaratmaq mümkün olur. Qaranlıqdan işıq yaradan Təhməz Əvəzoğlunun bu inadkarlığı, mübarizəsi əsl qəhrəmanlıqdır. Bir zamanlar işıqlı dünyaya meydan oxuyan, sonralar həyatın dolanbac yollarında işıqlı dünyanın ona meydan oxuması, bu meydanda əzilməməsi şairin qüdrətindən  xəbər verir. 

“Qubadlıya gəl” şeri sanki Qubadlımızı geri qaytarmaq üçün bir zəfər nəğməsi, qəhrəmanlıq, şücaət cəngisidir, misrisidir.

Dərdə baş əyməyən, dərddən yoğrulub dərdlə barışmayan Təhməz Əvəzoğlu poeziyası safdır, şəffafdır. Həmin saflıq, paklıq misralara köçürülərək gənc nəsli bu hisslərlə tərbiyələndirir. Hələ bu toxum neçə illər cücərəcək, bəhrəsini verəcək.

Ruhunun işığı tükənməsin. 

Akademik Vasim Məmmədəliyev

 

Hava

Sayğac

Free counters!