Sonu ümüdlə bitən işıqlı Təhməz dünyası

Təhməz Əvəzoğlunu şerlərində küskün həyatının qəmli notları nurlu bir sonluqla bitir. Heç zaman ümidini itirməyən şair xəyallarında işıqlı bir dünya yaradaraq zülmətdən işığa doğru bir poeziya çələngi toxuyur.

Toxuduğu poeziya çələngindəki ilmələr, butalar real həyatı əks etdirir. Yaşadığı ömrünün hər anını, zülmətli dəqiqəsini qələminin hərəkət dinamikasında xüsusi bir məharətlə, poetik tərzdə oxucularına çatdırır. Qubadlı həsrəti, Qubadlı yanğısı, xalqımızın başına gətirilən müsibətlər, riyakarlıqdan, əyləncədən, ötəri hisslərdən uzaq pak sevginin tərənnümü, vətən sevgisi, el-oba məhəbbəti, doğmalarına olan müdrik nəsihətləri, övladlarına göstərdiyi atalıq qayğısı, əziyyətini çəkən həyat yoldaşına olan məhəbbəti, sədaqəti, vəfası kövrək qələmində oxucunu düşüncələrə qərq edir. Bu şair qəlbinin ülvi duyğularla dolu olduğundan xəbər verir. Təhməz qəlbinin işığı bir xalqın poeziya işığının incilərinə döndü. 

Bu uğur deyilmi?

Filologiya elmləri doktoru Zemfira Vəliyeva 

 

Hava

Sayğac

Free counters!