Ruh körpüsü mütləq Qubadlıya dönəcək, tezliklə

Məni Təhməz Əvəzoğlunun yaradıcılığına, irsinə bağlayan şair qəlbinin işığı, alovu oldu. bir qəlbdə nəqədər işıq, nur, alov olarmış, İlahi? Təhməz Əvəzoğlu poeziyamızın parlamayan, kölgədə qalan bir duyğu yarpağıdır. Kövrək duyğu yarpağı... Əl vursan o dəqiqə yarpaq xəzəl yağışına bülənəcək... Həmiz xəzəl yağışı, kövrək duyğulu notlar məni Təhməz Əvəzoğlunu geniş kütləyə təqdim etməyə məcbur etdi. 

“Azərbaycan poeziyasının kövrək duyğu yarpaqları” layihəsi çərçivəsində şairin sözlərinə mahnılar bəstələndi, şerləri ədəbi- bədii kompozisiyaları bəzədi. Misralar nəğmələrə köçdü. Nəğmələr insan qəlbinin, insan ruhunun hakimi oldu. Təhməz Əvəzoğlu imzası minlərlə dinləyicilərə təqdim edildi. Mahnılar Təhməz Əvəzoğlu fenomenini poeziya- sevərlərə qürurla çatdırıldı. Bu gün layihə çərçivəsində Təhməz Əvəzoğlu imzası poeziyamızın bir budağında, mətin dayanıb. Kövrək duyğu abidəsinə çevrilən, zülmətin işığı olan, işıqlı dünyasında bir işıq dünyası yaradan şairin misraları sadə dildə yazıldığından asanlıqla qavranılır, dillərin əzbəri olur. Oxucuya təqdim olunan “ Qubadlıya gəl” adlı ədəbi toplum  Təhməz Əvəzoğlunun oxucularla dördüncü görüşüdür. Oğlu Mail Təhməzoğlunun öz atasına olan övlad borcunun nəticəsi olan ədəbi toplum Sizi çox düşündürəcək , sevindirəcək, hicrandan vüsala bir poetik körpü quracaq. Bu körpü bir gün yenidən Qubadlıya dönəcək. Durnalar qayıtdığı kimi o ruh körpüsü də qubadlıya dönəcək. Özü də tezliklə!

Tədqiqatçı Məmməd Əliyev

 

Hava

Sayğac

Free counters!