Ürəyi, qəlbi, vicdanı pak olan şair

Təhməz  Əvəzoğlunun  “Qubadlıya  gəl”  kitabın  oxudum,  oxuduqca,  sevindim,  sevindikcə  bir  fəxarət  hissi  keçirdim.Ürəyi,  qəlbi,  vicdanı  pak  olan  şair  Təhməz  Əvəzoğlu, mənim  böyüyüb  boya-başa  çatdığım  Qayalı  kəndindən  olduğu  üçün  və  öz  gözəl  şerləri  ilə  oxucu  kütləsinin  sevimlisi  olduğuna  görə,  mən  onunla  nəin  ki,  fəxr  edirəm,  həm  də  daxilən  bir  qürur  hissi  keçirirəm.

Hardasa  40  ilə  yaxın  bir  müddətdə  mən  Təhməz  Əvəzoğlu  ilə  yaxın  qonşu  olmuşam,  Həmdə  tanıyanlar  bilir  ki,  çox  mehriban  qonşu  olmuşuq.  Mən  bir  neçə  dəfə  mətbuatdada  yazmışam,  Təhməz  Əvəzoğlu  təkcə  gözəl  şair  yox,  o,  həmdə  gözəl  tar  ifaçısı  idi,  həmişə  onun  bu  gözəl  musiqi  alətini  ustalıqla  ifa  etməsinnə  sonsuz  bir  maraqla  qulaq  asardım.

Hərdən  məni  evlərinə  çağıraraq,  duzlu-məzəli  lətifələr  danışardı  və  sonra  deyərdi  ki,  indi  də  sənə  yeni  şerlərimi  oxuyum,  sən  də  qulaq  as.

Tale  hər  ikimizin  qismətinə  köçkünlük  kimi  bir  dərd,  bir  alın  yazısı  yazıbmış.

Təhməz  Əvəzoğlunun  artıq  dörd  şerlər  kitabı  işıq  üzü  görüb.  O,  şerlərin  bir  çoxu  muğənnilər  tərəfindən  sevilə-sevilə  ifa  olunur.  Şairin  istər  yurd  həsrətli,  istərsədə  başqa  mövzuda  olan  şerləri  oxucuların  sonsuz  marağına  səbəb  olmuişdur.  Çünki  onun  hansı  şerinə  nəzər  salsan,  onda  görərsən  ki,  elinə,  obasına,  dağına,  dərəsinə, çəməninə,  çəmənindəki  çiçəklərinə,olan  sonsuz  sevgisi,  məhəbbəti  lazimı  səviyyədə,  həmdə  qabarıq  şəkildə  özünü  biruzə  vermişdir.

Hər  zaman  ürəyi,  Vətən , yurd,  el-oba,  həsrəti  ilə  döyünən  şair  son  dəfə  də  Qayalı  deyə-deyə  dünyasını  dəyişdi.  Lakin  o,  cismən  aramızda  olmasada  öz  gözəl  şerləri  ilə  daima  oxucuların,  poeziya  həvəskarlarının  yanındadir,  elinin,  obasının  qəlbindədir.

     

        Şair  Təhməz  Əvəzoğluna


            Tükənməz  söz  xəzinəsidir,

           “Qubadlıya  gəl”  kitabın.

            Hər  sözündə  bir  hikmət  var,

            Hər  misrası  sel  kitabın.

 

           Oxusanız  görərsiniz,

           Yurd  həsrəti,  dost  sözü  var.

           Sanki  qaynar  bir  bulaqdır,

           Yüz  çeşməsi,  yüz  gözü  var.

 

           Kəndimizin  gözəlliyin,

           Vəsf  elədin  neçə  kərə.

           Doğrudanda  çox  gözəlmiş,

           Şirin  bulaq  o, dağ, dərə

 

Elbrus  Qayalı - Azərbaycan  Yazıçılar  İttifaqı  Birliyinin  üzvü, Qızıl  Qələm  Mükafatı  lauriyatı

Hava

Sayğac

Free counters!