Təhməz Əvəzoğlu sözünə sadiq bir şairidir

Adətən yaradıcı insanların şəxsiyyəti deyil, onun yazdıqları, yaratdıqları daha çox maraqlı olur oxucu üçün. Çünki dünya ədəbiyyatında, sənət tarixində elələri var ki, onların yaratdıqları, insanlara çatdırmaq istədikləri mesaj öz mahiyyətindən, onun insan kimliyindən artıq olur. Bəzən həyatda bəlkə də heç kimin edə bilmədiklərini edən biri öz yazdıqları ilə dünyanı heyrətə salır. 

Amma bəzən insani kimlik yaradıcılıqla eyni şəkildə böyük, sadə və mahiyyətə sahib olur. Təhməz Əvəzoğlu məhz, insan kimliyi və yaradıcılığı ilə böyük, sadə və sözünə sadiq bir şairidir. Sözünə sadiq qala bilmək, ideyalarının ardından gedə bilməksə hər kəsə nəsib olmur. Şairin şerlərini nə qədər oxusan da ondan doymaq olmur. Görəsən nədədir bunun sehri? Əlbəttə ki, Təhməz Əvəzoğlu qələminin gücündə, Təhməz Əvəzoğlu sözünün ölməzliyindədir. Şairin yaradıcılığını hər dəfə mütaliə edəndə sanki yeni bir dünya kəşf edir, eyni zamanda bu dünyanın əsrarəngiz sehrinə dalırsan.

Novruz Fərzəliyev, Qayalı kənd icra numayəndəsi 

 

Hava

Sayğac

Free counters!