Qubadlı yurdum mənim

Təhməz Əvəzoğlu sakitləşən, başına gələn hadisələrə laqeyd qalan insan deyildi. Ömrünün axırına qədər o buna sadiq qaldı.

Doğma kəndi Qayalı həsrəti ilə bu dünyadan köçdü. Məsəl var, deyərlər, bu dərdi dağ da çəkə bilməz. Amma Təhməz 

Əvəzoğlu bu dərdi çəkirdi... Gecə-gündüz, saatbasaat, dəqiqəbədəqiqə çəkirdi. Taleyin onun şəxsi həyatına olan 

amansızlığını gözlərinin bir əlçim işığa həsrət qalmasını Qayalı həsrətinin yanında heç nə sayırdı. Doğma kəndini hər 

an xatırlayırdı. Onu görmək arzusu ilə yaşayırdı. 

Allah, məni qürbət yerdə öldürmə,
Qismət elə gedək öz kəndimizə.
Sinəmə saz alım, çalım-oynayım,
Həsr edim bir neçə söz kəndimizə. 

Qeyd etdiyim kimi Təhməz Əvəzoğlu bütün arzularını, ümidlərini şerlərində əks etdirib, sabahkı nəslə yadigar qoyub. Onun

şerlərində  nələr yoxdu  – Vətən sevgisi, 
dostluq, etibar, ağıllı həyat, insana sevgi daha nələr, nələr...

KİTABIN ARDINI OXU >>> QUBADLI YURDUM MƏNİM

Hava

Sayğac

Free counters!