Qubadlıya gəl

Təhməz Əvəzoğlunun "Qubadlıya gəl" kitabından "Qubadlıya apar məni" şeiri. 
Vətən həsrəti ilə yaşayan şairin elinə-obasına bağlılığı şeirin hər sözündə, hər misrasında hiss olunur. 

QUBADLIYA APAR MӘNİ

Qurban olum, әziz qardaş,
Qubadlıya apar mәni.
Gözlәrimdә quruyar yaş,
Qubadlıya apar mәni.

Bir nisgilli sәnәtkaram,
Gәlib getmir qonaq­qaram,
Dәrd, qәmimi unudaram,
Qubadlıya apar mәni.

Dәrdli­qәmlidi hәr anım,
Vәtәndә alışım, yanım.
Tut qolumdan Hürzad xanım,
Qubadlıya apar mәni.

Tәhmәz deyәr, olma zalım,
Sözümә bax, qadan alım
Qoy gedim yurdumda ölüm,
Qubadlıya apar mәni.

Bağım var, gәzә bilmirәm,
Gülündәn üzә bilmirәm.
Bu yerdә dözә bilmirәm,
Qubadlıya apar mәni.

Dәrәsi şәhid qanlıdır,
Meşәlәri qubarlıdır,
Suları can dәrmanıdır,
Qubadlıya apar mәni.

DAHA ƏTRAFLI >>>  Qubadlıya gəl

Hava

Sayğac

Free counters!