Bu dünyaya niyə gəldim

Soruşuram, fələk, səndən
Bu dünyaya niyə gəldim?
Neçə qisas aldın məndən,
Təzələndi köhnə dərdim,
Bu dünyaya niyə gəldim?

Heç kəslə sirdaş olmadım,
Bir üzüyə qaş olmadım,
Tərəziyə daş olmadım.
Kədər əkdim, dərd-qəm dərdim,
Bu dünyaya niyə gəldim?

Dərd yığıldı qram-qram,
Dost-tanışı aramıram,
Bir kimsəyə yaramıram.
Nə yaşadım, nə də öldüm,
Bu dünyaya niyə gəldim?

Söz qanmazı qandırmadı,
Dərdlərimi sındırmadı.
Sönmüş ocaq yandırmadım,
Nələr çəkdim, nələr gördüm,
Bu dünyaya niyə gəldim?

Neçə-neçə arzum qaldı,
Odsuz yandım, közüm qaldı,
Təhməz, getdim izim qaldı.
Tez açıldım, tez də soldum,
Bu dünyaya niyə gəldim?

Hava

Sayğac

Free counters!