Məmləkətim

Behiştә, cәnnәtә bәnzәr,
Mәnim gözәl mәmlәkәtim.
Dağlarında ceyran gәzәr,
Sәnsәn barım, bәrәkәtim,
Mәnim gözәl mәmlәkәtim.

Uca­uca dağların var,
Barlı­barlı bağların var.
Bәrәkәtli torpağın var,
Sәnsәn behiştim, cәnnәtim,
Mәnim gözәl mәmlәkәtim.

Tәmiz qәlbli millәtin var,
Namusun var, qeyrәtin var.
Bu dünyada hörmәtin var,
Cah­calalım, var­dövlәtim,
Mәnim gözәl mәmlәkәtim.

Yaz fәslindә hәr yan әlvan,
Gül­çiçәyi cana dәrman.
Tәhmәz olsun sәnә qurban,
Möcüzәli tәbiәtim,
Mәnim gözәl mәmlәkәtim.

Hava

Sayğac

Free counters!