Qubadlıda

Şair qardaş, yaz fәslindә qonaq gәl,
Bağından gül, çiçәk üz Qubadlıda.
Lalәdәn, nәrgizdәn, tәr bәnövşәdәn,
Sәdәfli sazına düz Qubadlıda.

Nәbi at belindә bu yerdә gәzib,
Hәcәr tellәrinә gül­çiçәk düzüb
Qasım ilk şerini bu yerdә yazıb
Sәn dә qәlәm götür, yaz Qubadlıda.

Fәxrәddin mәclisdә desin şikәstә,
Bülbül bәhsә girmәz onunla sәsdә.
Gәl bir mәclis quraq daş bulaq üstә,
Çalınsın kaman, tar, saz Qubadlıda.

Әyinin dağından hәr yan görünür,
Xain paxıl ayaqlara sürünür.
Yaz olanda gül­çiçәyә bürünür,
Dәrә Qubadlıda, düz Qubadlıda.

Cavanları yaradandır, qurandır,
İşgüzar, qayğıkeş çox mehribandır.
Aşıqdır, şairdir hәm qәhrәmandır,
Neçә­neçә oğlan, qız Qubadlıda.

Küçәlәrdәn köhnә evlәr sökülür,
Әvәzindә yenilәri tikilir.
Körpü dә salınır, qaz da çәkilir,
Kәndlәrә çәkilir qaz Qubadlıda.

Meşәlikdir, üzümlükdür hәr yanı,
Bu mәnzәrә valeh edir insanı.
Payız gәlsә qara şanı, ağ şanı,
Özün әllәrinlә üz Qubadlıda.

 

Hava

Sayğac

Free counters!