Kəndimizin gözəlləri

Bayram günü bəzəniblər,
Kəndimizin gözəlləri.
Tovuz quşuna dönüblər,
Kəndimizin gözəlləri.

Kəndimiz çox gözəl kənddi,
Oğlanları igid, mərddi.
Qızxanımdı, Nəzakətdi,
Kəndimizin gözəlləri.

Vəfa gözəllərdə başdı,
Görənlərin ağlı çaşdı.
Qaragözdü, qaraqaşdı,
Kəndimizin gözəlləri.

Bülbül, oxu gəlsin səsin,
Şən avazın səngiməsin.
Qoy Təhməzdən inciməsin,
Qayalının gözəlləri.

Hava

Sayğac

Free counters!