Vətən dərdi

Məni haldan hala saldı,
Vətən dərdi, Vətən dərdi.
Ürəyimi parçaladı,
Ömrümü külə döndərdi,
Vətən dərdi, Vətən dərdi.

Yola çıxdım, yol gözlədim,
Sən gəlmədin artdı dərdim.
Cəfa çəkdim, bağ becərdim,
Bəhri-barın düşmən dərdi.

Ömür, günüm qara gəldi,
Qaçan qaçdı, hara gəldi.
Ümidim bir yara gəldi,
O da məndən üz döndərdi.

Hava

Sayğac

Free counters!