Müstəqil dövlətim var

Yağı düşmən alış, yan
Müstəqil dövlətik biz.
Hər tərəfi çıraqban
Müstəqil dövlətik biz.

İgidin yatmaz baxtı,
Yana çevrilməz taxtı.
Varı, dövləti çoxdu,
Müstəqil dövlətik biz.

Allah bizə olsun yar,
Millətimiz bəxtiyar.
Nə istəsən gəl apar,
Müstəqil dövlətik biz.

Gəl qardaşım görüşək,
Qucaqlaşıb öpüşək,
Yumruq təki birləşək,
Müstəqil dövlətik biz.

Ürəyimiz haqdadı,
Düşmən sözü saxtadı.
Xoş günlər qabaqdadı,
Müstəqil dövlətik biz.

Xalqın üzü ağ olsun,
Qisməti xoş,çağ olsun,
Rəhbərimiz sağ olsun,
Müstəqil dövlətik biz.

Bağlarının barı var,
Heyvası var, narı var.
Torpaq, yaran sağalar,
Müstəqil dövlətik biz.

Təhməz deyər ay qardaş,
Mehriban olaq biz kaş,
Olmasın dava, savaş
Müstəqil dövlətik biz.

Hava

Sayğac

Free counters!