Nə də biz köçdük

İllərimiz günü-gündən pis gəldi,
Nə torpaq alındı, nə də biz köçdük.
Ahu-zarım asimana yüksəldi,
Əzizlərim görün nə günə düşdük.
Nə torpaq alındı, nə də biz köçdük.

Neçə yurddaşımız dağlarda qaldı,
Kimi şəhid oldu, kimi ad aldı.
Millətimiz günü-gündən azaldı,
Doğma el obadan didərgin düşdük,
Nə torpaq alındı, nə də biz köçdük.

Demə niyə qaşlarımız çatılıb,
Namusumuz, qeyrətimiz atılıb,
Torpağımız yad düşmənə satılıb,
Neçə eldən keçdik,obadan keçdik,
Nə torpaq alındı, nə də biz köçdük.

Soruşuram millətimiz hardadı,
Kimi çətindədir,kimi dardadı,
Analar,bacılar intizardadı.
Dolu vurmuş cücə kimi büzüşdük,
Nə torpaq alındı, nə də biz köçdük

Təhməz deyər vətənə and içərik
Elə qayıdarıq, yurda köçərik,
Şirin bulaqların suyun içərik.
Əzizlərim görün nə günə düşdük,
Nə torpaq alındı, nə də biz köçdük.

Hava

Sayğac

Free counters!