Qubadlıya apar məni

Qurban olum, әziz qardaş,
Qubadlıya apar mәni.
Gözlәrimdә quruyar yaş,
Qubadlıya apar mәni.


Bir nisgilli sәnәtkaram,
Gәlib getmir qonaqqaram,
Dәrd, qәmimi unudaram,
Qubadlıya apar mәni.

Dәrdli-qәmlidi hәr anım,
Vәtәndә alışım, yanım.
Tut qolumdan Hürzad xanım,
Qubadlıya apar mәni.

Tәhmәz deyәr, olma zalım,
Sözümә bax, qadan alım
Qoy gedim yurdumda ölüm,
Qubadlıya apar mәni.

Hava

Sayğac

Free counters!