Zülmətdən boylanan işıq

Dünyaya dağlar qoynundan baxmışam. Vaxtilə gözlərimin işığından 

təbiətin bütün gözəlliyi könlümə köçdü. İnsanı,dünyanı tanıyıb gördüm...

Heyif ki, dünyanın işığı gözlərimi tərk etdi. Otuz yaşımdan nura 

həsrət qaldım.Gözümün işığı qəlbimdən boylandı. Gözlərim 

zülmətdi,ürəyim işıq. Zülmətdən boylanan işıq misralarımı öz karvanına qoşdu...

Gecənin ulduzu,gündüzün günəşi mənim üçün əbədi həsrətin işığı oldu.

Yaxşı ki, işıqlı duyğularım qanad açıb cahana. Mən aləmi duyğularımla seyr etmişəm.

Qismətdən qaçmaq olmur.Şeirlərim – mənim həmdəmim həyat 

eşqimi yaşatdı. Fələk gözlərimi çox gördü mənə. Qədir bilən övladlarım 

dərdimi unutdurmağa çalışırdılar. Onlar mənim dayağım, fəxrim, arxa 

köməyimdir. Bu kitabın işıq üzü görməsində əllərindən gələni 

əsirgəmədilər. Övladlarıma minnətdaram. İndi mən dünyanı həm 

şeirlərimin, həm də övladlarımın gözü ilə görürəm. Bu ilk kitabımı 

oxuyanda kaş ki, məni görəydin, oxucu...  

Zülmətdən boylanan işıq

Hava

Sayğac

Free counters!