Qayalı

Qayalı kəndi Qubadlının ən iri yaşayış məntəqəsidir. Əhalisi 2016-ci il üzrə 915 nəfərdir. Qəsəbə Qubadlıdan 5 km şimal-şərqdə, dağların ətəyində yerləşir. İqlimi mülayimdir. Torpaqları münbitdir. Vaxt zonası UTC+4-dür. 4 kəndlə həmsərhəddir. Burada ilkin yaşayış III əsrə təsadüf edir. Bura Qubadlının ən qədim kəndidir. Hazırki Qubadlıda ilk yaşayış yeri bura olub. Buranın ilk sakinləri Göytürklər olmuşdur. Qayalıda onlara aid məscidlər, qəbirlər, antik əşyalar və s. mövcuddur.

Qayalı kəndi Qarabağ yaylasında, rayon mərkəzindən 7 km şimalda, Bazarçayın   indiki  Bərgüşad  çayının sahilindən 2 km aralıda yerləşir.

Qayalı kəndinin qədim adı Qarıkahası olub. XIX əsrdə Zəngəzurun Sisyan rayonunda mövcud olmuş Qayalı kəndindən , zəirxanlı, alıxlı, eyvazlı və xələfli nəsilləri köçüb burada məskunlaşdıqdan sonra kənd Qarıkahalı Qayalı adlanmışdır. Bir müddət keçəndən sonra kəndin adındakı Qarıkahalı komponenti ixtisara düşmüşdür. Azərbaycanda "qaya" termini ilə bağlı çoxlu oronimlər mövcuddur.

"Qaya" sözü "sıra dağlardan ayrılmış qol", "dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer" mənasındadır. Qayalı toponimi "qaya" və "-lı" komponentlərindən ibarətdir. Qaya müsbət relyef mənası bildirən termindir. Kənd ərazisindəki qayalarda çoxlu mağaralar da olmuşdur. Kəndin Qayalı adlanması çox güman ki, ərazinin qayalıq olması ilə əlaqədardır.

Zəngəzur qəzasının sultanı olmuş Eyvaz Eyvazov bu kənddəndir.

70-ci  illərdən  sonra  Qayalı  kəndi  sürətlə  inkişaf  etməyə  başlamışdır. Belə  ki,  kəndə   maye  qaz  xətdi  çəkilərək  hər  bir  ev  qazla  təmin  edilmişdi.  Kənddə  avtomat  telefon  stansiya  quraşdırılmış, bütün    evlərə  telefon  xətdi  çəkilmişdi.Kənddə  bir  uşaq  baxçası,  bir  toxuculuq  fabriki, bir  yeni  inşa  edilmiş  orta  məktəb, bir  kulub, bir  tibb  məntəqəsi. Bir  mağaza,  bir  kitabxana, və  s.  Hər  tərəfi  dağlarla  əhatə  olunmuş ,  bir  tərəfindən  Həkəri  çayı  , o biri  tərəfindən  isə  Bərgüşad  çayı  axan  bu  kəndin  xüsüsi  füsünkar  gözəlliyi  var  idi.

Kənd  böyüyərək  kəndə  yox  böyük  bir  qəsəbəyə  bənzəyirdi.

Əfsuslar  olsun  ki,  1993- cü  ildən  sonra  bütün  bu  sadaladıqlarım  və  sadalamadıqlarım  erməni  işğalı  ilə  əlaqədar,  ermənilər  tərəfindən  yerlə  yeksan  edilmişdir.

Qayalılar çox   haklı  olaraq  öz  keçmişlərini  dərin  hörmət  və  tükənməz  məhəbbətlə  yad edirlər .  Köhnə  kişilərlə  öyünür, fəxr  edirlər. Çünkü  bu  kənddə  ,  bütün  dövrlərdə  öz  elini  obasını  çox  sevən,  namuslu , qeyrətli  kişilər  yaşamışdır. Hacı İsmayıl ,  Ələkbər  Mehrəliyev, Məmmədrza  Məmmədrzayev, Eyvaz  Eyvazov, Əhməd  Məmmədov,Rza  Rzayev,Şəmil  İbrahimov, Səfəralı  Sadıqov, Qaytaran  Xəlilov, Qədimalı  Eminalıyev
Kəndin  görkəmli  ziyalılarından;  Hümmbətalı  Hüseyinov, Eyvaz  Eyvazov,  Mütəllim  Dünyamalıyev, Müseyib  Mehdiyev

Zaman-zaman  yüksək  vəzifədə  çalışmış;  Qubadlı  rayon  PK-nin  birinci  katibi  işləmiş,  Atlıxan  Cahangirov,  uzun  müddət  Qubadlı  Rİ  komitəsinin  sədri  işləmiş  Muradxan  Cahangirov, Məmmədrzayev  Məmmədrza  Qubadlı  rayon  Partiya  komitəsinin  ikinci  katibi  işləmiş, Məmmədov  Mahir   Cəfər  oğlu kimya  elmləri  doktoru,  Məmmədov  Zahir  Səfər oğlu Texniki  elmlər  namizədi, İmanov  Heydər  Məmmədrza  oğlu

Hava

Sayğac

Free counters!