Həsənqulu Qasımov

Həsənqulu Qasımov, cəbhəyə gedəndən sonra Həsən Qorxmaz adı ilə məşhurlaşdı. Döyüşlərin birində erməni gülləsinə tuş gələn vaxtı silahdaşı Qorxmaz özünü güllənin qarşısına verib və Həsənqulunun həyatını xilas edərək   şəhit olub. O gündən etibarən Qorxmaz adını əbədiləşdirərək  Həsən Qorxmaz  oldu. Alnına bağladığı yaşıl lentdə də Həsən Qorxmaz yazısı var idi. Şəhit olan gününə kimi lenti alnından  heç  açmadı.

Həsənqulu Qasımov 1969-cu il iyunun 9-da Qubadlı rayonunun  Qayalı kəndində anadan olub. 1984-cü ildə Qayalı səkkizillik, 1986-cı ildə Qubadlı Qəsəbə orta məktəbini  bitirib. 1987-ci ildə ordu sıralarına çağrılaraq 1989-cu ilə qədər Almaniya Demokratik Respublikasında xidmət edib. Tərxis olunduqdan sonra vətənin  müdafiəsinə qalxmış və döyüş yolu Şuşadan başlamış, Laçında davam etmiş, Qubadlıda isə sona çatmışdı. Onun başçılıq etdiyi taqım  əsasən Ermənistan  ilə  sərhəd  olan Yuxarı Cibikli kəndini müdafiə etmişdir.. Onun son döyüşü 1992-ci ilin dekabrın 10-da Yuxarı Cibikli oldu. Qorxmazçıların qoruduqları əraziiləri  almaq üçün böyük qüvvə ilə hücuma keçən düşmən geri oturduldu, lakin həmin döyüşdə  Həsən Qorxmaz qəhramanlıqla həlak oldu. 

Həsənqulu Qasımov (Həsən Qorxmaz) Azərbaycan Respublikasının torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərə, şəxsi igidlik və şücaətlərə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.

Hava

Sayğac

Free counters!